“Hörümçək adam” Çin senzurasına qarşı – Məşhur filmin nümayişinə mane olan SƏBƏB

“Hörümçək adam” Çin senzurasına qarşı – Məşhur filmin nümayişinə mane olan SƏBƏB






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı film prodüseri Tom Rotman “The Town” podkastına müsahibəsində “Hörümçək adam 3: Evə yol yoxdur” filminin Çində niyə nümayiş olunmadığını açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə “World of Reel” nəşri yazıb.

T.Rotmanın sözlərinə görə, Çin tərəfi filmin prokatı üçün yalnız bir şərt irəli sürüb – Azadlıq heykəli ilə bağlı səhnənin çıxarılması. Lakin filmin final hissəsi məhz ABŞ-nin bu simvolu ətrafında qurulduğundan, həmin səhnənin kəsilməsi süjetin kulminasiyasının dəyişdirilməsinə gətirib çıxarardı.

“Sony Pictures” bu tələbi qəbul etməyib. Studiya rəhbəri bildirib ki, Çin Kommunist Partiyasının istəyi ilə Azadlıq heykəlinin filmdən çıxarılmasını ABŞ Konqresi qarşısında izah edə bilməz.

Qeyd edək ki, 2021-ci ildə ekranlara çıxan film dünya üzrə 1.9 milyard dollar gəlir toplasa da, Çin bazarında nümayiş olunmayıb.

Hazırda franşizanın növbəti hissəsi – “Hörümçək adam 4: Tamamilə yeni gün” üzərində iş gedir. Rotman yeni filmdə oxşar vəziyyətin yaranmayacağını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv