Dilə qulluq etməmək hansı xəstəliklərə səbəb ola bilər?

Dilə qulluq etməmək hansı xəstəliklərə səbəb ola bilər?






presstv

"Presstv"az #Audi, #Bakteriya, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dilin mütəmadi təmizlənməsi LOR xəstəliklərinin və mədə-bağırsaq traktı pozuntularının profilaktikasına kömək edir, həmçinin dad reseptorlarının həssaslığını qoruyur”.

presstvaz xəbər verir ki, bu barədə “İzvestiya”ya rusiyalı stomatoloq-terapevt Arina Sozinova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, dilin səthi mürəkkəb relyefə malikdir: “Çoxsaylı məməciklər geniş, nahamar zona yaradır. Onların girintilərində qida hissəcikləri qalır və bakteriyalar toplanır. Nəticədə dil bir növ mikrofloranın “deposu”na çevrilir.

Məməciklər arasında qalan qida qalıqları bakteriyalar üçün qida mənbəyi rolunu oynayır. Zamanla ağız boşluğunda xoşagəlməz qoxuya – halitoza səbəb olan örtük formalaşır. Bu isə halitozun ən geniş yayılmış səbəblərindən biridir. Buna görə də dilin təmizlənməsi yalnız stomatoloji problemlərin profilaktikası üçün deyil, həm də LOR xəstəliklərinin və mədə-bağırsaq traktı pozuntularının qarşısının alınması baxımından vacibdir.

Bundan əlavə, mütəmadi təmizləmə halitozun şiddətini azaltmağa və dad reseptorlarının həssaslığını qorumağa kömək edir”.

Həkim vurğulayıb ki, dili gündə iki dəfə – üzərində örtük görünüb-görünməməsindən asılı olmayaraq diş fırçalanmasından sonra təmizləmək lazımdır. Axşam saatlarında aparılan prosedur gün ərzində yığılan çirkləri aradan qaldırır, səhər isə gecə boyunca formalaşan örtüyü təmizləməyə imkan verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv