İngiltərənin iki klubu cərimələndi

İngiltərənin iki klubu cərimələndi






presstv

"Presstv"az #Audi, #Futbol, #İngiltərə, #İngiltərə Futbol Assosiasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş “Çelsi” – “Vest Hem Yunayted” (3:2) oyunu zamanı baş vermiş insidentlə bağlı açıqlama yayıb.

presstvaz xəbər verir ki, müvafiq bəyanat FA-nın rəsmi internet saytında dərc olunub.

Bildirilib ki, müstəqil tənzimləyici komissiya 31 yanvar 2026-cı il tarixində keçirilən Premyer Liqa matçında baş vermiş kütləvi qarşıdurmaya görə hər iki klubu cərimələyib.

Qərara əsasən, “Çelsi” oyunun 95-ci dəqiqəsində futbolçularının qeyri-etik və ya təxribat xarakterli davranışlarının qarşısını ala bilməyib. Eyni zamanda, “Vest Hem Yunayted” də həmin epizod zamanı oyunçularının qeyri-etik və ya təxribatçı, eləcə də aqressiv hərəkətlərinin qarşısının alınmasını təmin etməyib.

Tənzimləyici komissiyanın qərarına əsasən, “Çelsi” 325 min funt sterlinq (təxminən 372 700 avro), “Vest Hem Yunayted” isə 300 min funt sterlinq (təxminən 344 min avro) məbləğində cərimə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv