ABŞ-də miqrantlara qarşı yeni təşəbbüs – Bank müştərilərinin vətəndaşlığı yoxlanıla bilər

ABŞ-də miqrantlara qarşı yeni təşəbbüs – Bank müştərilərinin vətəndaşlığı yoxlanıla bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası banklardan müştərilərinin vətəndaşlığı haqqında məlumat toplamağı tələb edə bilər.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri özəl mənbələrinə istinadən məlumat verib.

Qeyd edilib ki, bu, Trampın qanunsuz immiqrantlara qarşı tədbirlərin sərtləşdirilməsi kampaniyasında növbəti addım olacaq:

“Ölkədəki banklar “çirkli pullar”ın yuyulması və digər cinayətlərin qarşısının alınması üçün “öz müştərini tanı” qaydaları çərçivəsində müəyyən məlumatlar toplamalıdırlar. Buraya daha çox pasport məlumatlarının və sosial təminat nömrələrinin əldə edilməsi daxildir. Lakin bu qaydalar konkret vətəndaşlıq haqqında məcburi məlumat toplanmasını tələb etmir və banklar bu informasiyaları hökumətə ötürmür.

Bundan əlavə, ABŞ ölkə vətəndaşı olmayan şəxslər üçün bank hesablarının açılmasına qadağa yoxdur.

Hazırda Maliyyə Nazirliyi tərəfindən araşdırılan təşəbbüsə görə, kredit təşkilatları yeni kateqoriyalı sənədlərin təqdim olunmasını tələb edəcəklər. Bu sənədlərə ölkədə hesablarını mühafizə etmək istəyən həm təzə, həm də mövcud müştərilərin vətəndaşlığını sübut edən pasportları da daxil olacaq”.

WSJ yazır ki, bu müzakirələr banklar arasında narahatlıq doğurub və onlar təşəbbüsün hüquqi əsasını şübhə altına alırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv