Boksçumuz Zidan Hünbətov beynəlxalq turnirdə erməni rəqibinə qalib gəldi

Boksçumuz Zidan Hünbətov beynəlxalq turnirdə erməni rəqibinə qalib gəldi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Boks, #Bolqarıstan, #Ermənistan, #Hakim, #İtaliya, #Sofiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri davam edir.

presstvaz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə planlaşdırılır.

Malik Həsənov (65 kq) da turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv