16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? – İDDİA

16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? – İDDİA






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Avto, #Körpə, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.

presstvaz    Oxu.az-a istinadən bildirir ki,  görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb.

Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir:

“Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır”.

Ərzaqların yükləndiyi avtomobilin bağçanın direktoruna məxsus olduğu da qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçanın musiqi müəlliməsi Elnarə Tahir qızı Əsgərovanın qeyri-etik görüntüləri yayılmışdı və o, yayılan görüntülərə görə işindən azad edilmişdi.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv