İftar və imsakdan dərhal sonra niyə yatmamalıyıq? – Həkim məsləhəti

İftar və imsakdan dərhal sonra niyə yatmamalıyıq? – Həkim məsləhəti






presstv

"Presstv"az #Audi, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ramazanda imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir. Çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal refleks riski artır”.

presstvaz xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdən sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına səbəb olur:

“Bu, yanma hissi, diskomfort və həzm pozğunluqları ilə nəticələnə bilər. Bundan əlavə, həzm prosesinin effektiv getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir. Yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti mədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan testlər sübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər yüksəlməsini yarıya qədər azalda bilir”.

E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaq üçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zəngin qidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhal sonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektiv strategiyalar hesab olunur:

“Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzində fiziki və zehni performansın optimal səviyyədə qalmasına imkan verir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv