UEFA Çempionlar Liqası: “İnter” turnirlə vidalaşdı, “Bayer” növbəti mərhələyə çıxdı

UEFA Çempionlar Liqası: “İnter” turnirlə vidalaşdı, “Bayer” növbəti mərhələyə çıxdı






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Norveç, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində dörd qarşılaşma keçirilib.

presstvaz xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşmalarından biri “İnter” və “Budyo Qlimt” klubları arasında baş tutub.

Çempionlar Liqasının ötən mövsümünün finalçısı “İnter” öz meydanında sürpriz şəkildə uduzaraq turnirlə vidalaşıb – 1:2.

Tərəflər arasında ilk görüş Norveç təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. İki görüşün yekununda “Budyo Qlimt” rəqibini 5:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.

“Bayer Leverkuzen” – “Olimpiakos” matçı isə qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

İlk matçda almanlar səfərdə rəqibini 0:2 hesabı ilə məğlub etdiyinə görə, “Bayer Leverkuzen” iki görüşün yekununda adını 1/8 final mərhələsinə yazdırıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Atletiko Madrid” – “Brügge” – 4:1 (ilk oyun 3:3);

“Nyukasl Yunayted” – “Qarabağ” – 3:2 (6:1).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv