“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO






presstv

"Presstv"az #"Qarabağ", #Almaniya, #Audi, #Bakı, #Hakim, #İngiltərə, #İtaliya, #UEFA Çempionlar Liqası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

presstvaz xəbər verir ki, İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) “köhlən atlar” Çempionlar Liqası ilə vidalaşıb.

“Qarabağ” top fərqini yenidən minimuma endirib.

presstvaz xəbər verir ki, “Qarabağ”ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb – 3:2.

Ev sahibi komanda oyunda yenidən hesabı artırıb.

presstvaz xəbər verir ki, “Nyukasl”ın heyətində oyunun 52-ci dəqiqəsində Botman fərqlənib – 3:1.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Nyukasl”a qarşı oynayır.

presstvaz xəbər verir ki, “Qarabağ”ın heyətində oyunun 51-ci dəqiqəsində Kamilo Duran top fərqini azaldıb – 2:1.

Ev sahibi komanda oyunda hesabı artırıb.

presstvaz xəbər verir ki, “Nyukasl”ın heyətində oyunun 6-cı dəqiqəsində Joelinton fərqlənib – 2:0.

Oyunda hesab açılıb.

presstvaz xəbər verir ki, “Nyukasl”ın heyətində oyunun 5-ci dəqiqəsində Sandro Tonali hesabı açıb – 1:0.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” bu gecə növbəti oyununa çıxır.

presstvaz xəbər verir ki, təmsilçimiz İngiltərənin “Nyukasl Yunayted” klubu ilə üz-üzə gəlir.

“Sent Ceyms Park” stadionunda keçirilən matç başlayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin “Nyukasl” və “Qarabağ” kollektivlərinin start heyətləri bəlli olub.

presstvaz bildirir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Nyukasl” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.

Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” bu gecə növbəti oyununa çıxacaq.

presstvaz xəbər verir ki, təmsilçimiz İngiltərənin “Nyukasl Yunayted” klubu ilə üz-üzə gələcək.

“Sent Ceyms Park” stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk oyunda “Nyukas Yunayted” klubuna 1:6 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

25 fevral

00:00. “Nyukasl Yunayted” – “Qarabağ”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv