Xulio İqlesias İspaniyanın baş nazir müavinini məhkəməyə verib

Xulio İqlesias İspaniyanın baş nazir müavinini məhkəməyə verib






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #İspaniya, #İspaniyanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış ifaçı Xulio İqlesias İspaniyanın baş nazirinin müavini Yolanda Diasın onun barəsində səsləndirdiyi fikirlərlə bağlı məhkəməyə müraciət edib.

presstvaz xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

İfaçı hökumət təmsilçisinin sosial şəbəkədə və televiziya müsahibəsində səsləndirdiyi açıqlamalardan imtina etməsini, həmçinin dəymiş zərərin ödənilməsini tələb edir. Əks halda, müdafiə tərəfi cinayət işinin başlanacağını bildirib.

Söhbət iki sabiq əməkdaşın müğənnini cinsi təcavüz və zorakılıqda ittiham etməsi ilə bağlı paylaşımlardan gedir. Yolanda Dias həmin qadınların “köləlik şəraitində” saxlanıldığını iddia edib.

Yanvar ayında yayılan məlumatlara görə, iki qadın 2021-ci ildə Dominikan Respublikası və Baham adalarında yerləşən malikanələrdə işlədikləri zaman təzyiq və zorakılığa məruz qaldıqlarını bildiriblər. Xulio İqlesias isə bu ittihamları qəti şəkildə yalan adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv