Kriştianu Ronaldu: “Əfsanələr hər zaman yenidən yüksəlirlər”

Kriştianu Ronaldu: “Əfsanələr hər zaman yenidən yüksəlirlər”






presstv

"Presstv"az #Audi, #Cərrahi əməliyyat, #Futbol, #Hadisə, #Kriştianu Ronaldu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kriştianu Ronaldu 2026-cı il Qış Olimpiya Oyunlarında yıxıldıqdan sonra beş dəfə cərrahi əməliyyat keçirən dağ xizəkçisi Lindsi Vonna mənəvi dəstək verib.

presstvaz xəbər verir ki, portuqaliyalı ulduz futbolçu amerikalı idmançının “Instagram” hesabındakı paylaşımlarından birinə təsirli şərh yazıb.

“Çempionlar qazandıqları zəfərlər və təslim olmamaq əzmi ilə tanınırlar. Fəth etdiyiniz zirvələr daxili gücünüzlə müqayisə edilə bilməz. Mübarizəni davam etdirin. Əfsanələr hər zaman yenidən yüksəlirlər”, – deyə Ronaldu idmançıya dəstəyini göstərib.

Qeyd edək ki, dizin ön çarpaz bağının (ACL) qopmasına rəğmən, fevralın 8-də baş tutan olimpiya eniş yarışına qatılan Vonn yıxılaraq çıxışını tamamlaya bilməyib. Hadisədən dərhal sonra amerikalı idmançı helikopter vasitəsilə təxliyə edilib. O, ardıcıl beş əməliyyat keçirib və hətta ayağının amputasiya olunma təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb. Yıxılan zaman idmançının sol ayağının baldır sümüyü sınıb.

Xatırladaq ki, 41 yaşlı Vonn 2010-cu ilin olimpiya çempionu olmaqla yanaşı, iki dəfə olimpiya bürünc medalına sahib çıxıb. O, həmçinin dünya çempionatlarında iki qızıl, üç gümüş və üç bürünc medal qazanıb, ümumilikdə isə dörd dəfə Dünya Kubokunun qalibi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv