Ən çox maaş alan yığma məşqçisi olacaq

Ən çox maaş alan yığma məşqçisi olacaq






presstv

"Presstv"az #Braziliya, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliya Futbol Konfederasiyası baş məşqçi Karlo Ançelotti ilə əməkdaşlığı uzunmüddətli əsasda davam etdirmək niyyətindədir.

presstvaz xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, tərəflər arasında dörd illik yeni müqavilənin imzalanması gündəmdədir.

Məlumata əsasən, nəzərdə tutulan anlaşma qüvvəyə minərsə, italiyalı mütəxəssis milli komandalar arasında ən yüksək maaş alan baş məşqçi statusuna yiyələnə bilər. İddialara görə, onun illik qazancı təxminən 40 milyon avro təşkil edəcək.

Yeni müqavilə şərtlərində əlavə mükafat maddəsinin də yer aldığı bildirilir. Belə ki, Braziliya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatında çempion olacağı halda, Ançelotti üçün 5 milyon avro həcmində bonus nəzərdə tutulub.

Xatırladaq ki, təcrübəli çalışdırıcı Braziliya yığmasına 2025-ci ilin may ayından rəhbərlik edir. Onun rəhbərliyi altında komanda indiyədək səkkiz oyuna çıxıb. Bu görüşlərin dördündə qələbə qazanan “sambaçılar” iki dəfə heç-heçə edib, iki matçda isə məğlubiyyətlə üzləşiblər.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv