Azərbaycanda bəzi şəxslərə KOMPENSASİYA ödəniləcək

Azərbaycanda bəzi şəxslərə KOMPENSASİYA ödəniləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Konstitusiya Məhkəməsi, #Məzuniyyət, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək”.

presstvaz xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.

O bildirib ki, qərarla Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək:

“115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir.

Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə, o zaman işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur”.

“Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa, o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Əgər gündəlik məzuniyyət haqqı 50 manatdırsa, o zaman həmin işçiyə 4 500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək.

Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək”, – V.Bayramov qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv