KİV: “Netflix”in “Warner Bros Discovery”ni satın alması filmlərin kinoteatrlarda nümayiş müddətini azaldacaq

KİV: “Netflix”in “Warner Bros Discovery”ni satın alması filmlərin kinoteatrlarda nümayiş müddətini azaldacaq






presstv

"Presstv"az #Audi, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Warner Bros Discovery”nin (WBD) “Netflix” yayım platforması tərəfindən satın alınması filmlərin kinoteatrlarda nümayiş müddətinin azalmasına səbəb ola bilər.

presstvaz bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

“Çətin vəziyyətə düşmüş kinoteatrlar ən pis günlərin arxada qaldığını düşündüyü bir vaxtda, bu satınalma sənayeni şərtlərə uyğunlaşmağa davam etməyə məcbur edə bilər”, – deyə məlumatda vurğulanır.

WBD tərəfindən dəstəklənən “Netflix”in təklifində filmlər üçün 45 günlük “kinoteatr pəncərəsi”ni qoruyub saxlamaq vədi yer alıb. Agentliyin məlumatına görə, bu bəyanat “çətinlik çəkən kino sənayesini sakitləşdirmək” məqsədi daşıyır.

Qeyd edək ki, yanvarın ortalarında “Netflix” ötən ilin dekabrın 5-də tərəflər arasında razılaşdırılmış 82.7 milyard dollarlıq məbləği tamamilə nağd şəkildə ödəmək niyyətini açıqlayıb. Müqavilənin şərtlərinə görə, “Warner Bros Discovery” səhmdarları hər səhm üçün 27.75 dollar almalıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv