Piylənmə zamanı pəhrizlərin səmərəsi varmı? – Həkim açıqladı

Piylənmə zamanı pəhrizlərin səmərəsi varmı? – Həkim açıqladı






presstv

"Presstv"az #Arıqlama, #Audi, #Həkim, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Piylənmə zamanı pəhrizlər çox vaxt davamlı nəticə vermir, çünki orqanizm müdafiə mexanizmlərini işə salaraq maddələr mübadiləsini zəiflədir”.

presstvaz xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində rusiyalı bariatrik cərrah Pavel Biryukov bildirib.

Onun sözlərinə görə, II və ya III dərəcəli piylənməsi olan bir çox insan problemi sərt pəhrizlərlə müstəqil şəkildə həll etməyə çalışır. Həkim bildirib ki, aidalanma dəyişdikdə çəki azala bilər, lakin bu effekt adətən müvəqqəti olur.

Mütəxəssis izah edib ki, orqanizm kəskin arıqlamanı həyat üçün təhlükə kimi qəbul edir. Nəticədə müdafiə mexanizmləri aktivləşir: maddələr mübadiləsi ləngiyir, aclıq hissi güclənir, hormonal balans dəyişir. Bədən enerjiyə “qənaət etməyə” başlayır və çəkinin azalmasına müqavimət göstərir.

Həkim əlavə edib ki, piylənmə demək olar ki, heç vaxt tək bir səbəbdən yaranmır. Əksər hallarda bu, həddindən artıq qidalanma, genetik meyil, hormonal pozuntular, xroniki stress və azhərəkətli həyat tərzinin birgə təsiridir. Bəzi dərmanların qəbulu da əlavə rol oynaya bilər.

Biryukovun fikrincə, mütəxəssislərin iştirakı olmadan davamlı nəticə əldə etmək çox çətindir. Piylənmənin müalicəsi sadəcə tərəzidəki rəqəmin azalması deyil, qidalanma davranışının dəyişdirilməsi və nəticənin uzunmüddətli qorunmasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv