Qeyri-adi bacarığa malik olan Elvin: Ona “canlı təqvim” deyirlər – VİDEO

Qeyri-adi bacarığa malik olan Elvin: Ona “canlı təqvim” deyirlər – VİDEO






presstv

"Presstv"az #Aktyor, #Audi, #Peşə təhsili, #Şamaxı, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.

Söhbət 29 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Elvin təqvimin həm keçmiş, həm də gələcək günlərinin həftənin neçənci gününə düşdüyünü dəqiqliklə deyə bilir.

Buna görə də ona “canlı təqvim” deyirlər. Elvinin sözlərinə görə, bu qabiliyyət onda hələ məktəb illərindən formalaşmağa başlayıb.

“Yaddaşım güclü olduğuna görə istəyirdim ki, təqvimə baxmadan günləri deyə bilim. Sonradan həvəsim artdı və müxtəlif illər üzrə hansı günün hansı tarixə düşdüyünü deməyə başladım. Təxminən 13-14 yaşımda məktəbdə sinif yoldaşlarıma dedim, əvvəl inanmadılar. Deyirdilər ki, belə şey mümkün deyil. Sonra müxtəlif illər və tarixlər soruşdular, hamısını dəqiq cavablandırdım. Ondan sonra başa düşdülər ki, bu, hər adamın bacardığı iş deyil”, – deyə Elvin Baku TV-yə bildirib.

Elvin peşə təhsili alıb, amma onun ən böyük arzusu aktyor olmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv