“Android” əməliyyat sistemində yeni funksiyalar təqdim olunub

“Android” əməliyyat sistemində yeni funksiyalar təqdim olunub






presstv

"Presstv"az #Audi, #Google, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Android 17” əməliyyat sisteminin beta-versiyasında maraqlı funksiyalar ortaya çıxıb.

presstvaz xəbər verir ki, onu sınaqdan keçirən “Android Authority” jurnalistləri beş əsas funksiyanı xüsusi qabardıblar.

Belə ki, “App Lock” hər proqramı PIN və ya biometrik göstərici ilə qorumaq imkanı verir.

“Wi-Fi” və mobil internet üçün ayrı düymələr sürətli və sadə idarəetmə üçün idealdır. Təkmilləşdirilmiş ekran qeydi bütünlükdə ekranı deyil, seçilmiş sahəni qeydə almaq, xarici monitordakı görüntüləri saxlamaq üçün şərait yaradır. Məhdud kontakt girişi sayəsində mesajlaşma proqramlarında yalnız seçilmiş kontaktlar görünəcək və yalnız seçilmiş fotolar hamı üçün açıq olacaq. Universal kopiyalama cihazlar arasında məzmunu paylaşmaq və aktiv proqramları sinxronlaşdırmaq imkanı verəcək.

İstifadəçilərdən çoxu üçün yeni versiyanın əsas narahatlığı klassik vahid paneldən və ayarlardan imtina olacaq. Trendlərə uyğun olaraq, “Google” bu sahəni iki yerə bölməyi planlaşdırır: ekranın sol tərəfindən yalnız bildirişlər, sağ tərəfdən isə yalnız “İdarəetmə Mərkəzi” görünəcək. Lakin klassik görünüşü geri qaytarmaq imkanı da olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv