Donbasla bağlı son təklif rədd edildi, danışıqlar dalana dirəndi

Donbasla bağlı son təklif rədd edildi, danışıqlar dalana dirəndi






presstv

"Presstv"az #ABŞ, #Cənubi Koreya, #Jurnalistlər, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Donbasda demilitarizasiya olunmuş iqtisadi zonanın yaradılması real olmayan ideyadır. Üstəlik, bu, Ukrayna–Rusiya birgə administrasiyası formatında nəzərdə tutulursa.

presstvaz xəbər verir ki, bu barədə “Kiyev İndependent” nəşri ukraynalı rəsmilərə və analitiklərə istinadən yazıb.

Nəşr xatırladır ki, fevralın 17–18-də Cenevrədə keçirilən AXAR zamanı Kiyev və Moskva Donbasda demilitarizasiya olunmuş zonanın idarə olunması üçün birgə Rusiya–Ukrayna mülki administrasiyasının yaradılması ideyasını müzakirə ediblər. Təklif həm Rusiya, həm də Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını nəzərdə tutur.

Mənbənin sözlərinə görə, bu qeyri-adi təklif neytral vasitəçi rolunu qorumağa çalışan Amerika nümayəndə heyəti tərəfindən irəli sürülüb. Lakin jurnalistlərin danışdığı ukraynalı rəsmilər nə Donbasda sadəcə demilitarizasiya olunmuş zonanı, nə də birgə mülki administrasiyanı təsəvvür edə bildiklərini deyiblər.

Ukrayna parlamentinin xarici əlaqələr komitəsinin sədri, deputat Aleksandr Merejko bildirib ki, bu, əslində Ukrayna qoşunlarının Donbasdan çıxarılması deməkdir.

“Problemin mahiyyəti də budur. Bu bizim üçün qəbuledilməzdir. Biz Donetsk vilayətindəki möhkəmləndirilmiş mövqeləri tərk edib faktiki olaraq onları təhvil verə bilmərik”, – deyə o vurğulayıb.

Merejkonun fikrincə, amerikalılar yəqin ki, Şimali və Cənubi Koreya arasında mövcud olan demilitarizasiya zonasına bənzər bir model təsəvvür edirlər. Lakin deputat xatırladıb ki, Koreya yarımadasındakı bufer zona Ukraynadakı hazırkı cəbhə xəttindən xeyli qısadır.

Merejko hesab edir ki, ABŞ-ın bu təklifinin məntiqi bu və ya digər formada Kremlin tələblərini təmin etməkdir. Sadəcə bu dəfə amerikalılar bu məqsədi “maskalamağa” çalışıblar.

“Ukrayna Donbasın təhvil verilməsi ilə bağlı bütün variantları rədd etdiyinə görə, sülh danışıqları dalana dirənib”, – nəşr qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv