Avtomobil eksperti təkərlərdəki uğultunun səbəblərini sadalayıb

Avtomobil eksperti təkərlərdəki uğultunun səbəblərini sadalayıb






presstv

"Presstv"az #Audi, #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Təkərlərin səsi həmişə onların keyfiyyəti ilə bağlı olmur. Çox vaxt problem avtomobilin sazlanmasında və səs izolyasiyasının zəif olmasında gizlənir”.

presstvaz xəbər verir ki, bu barədə “Qazprombank Avtolizinq” şirkətinin idxalçılarla iş üzrə idarə rəhbəri Aleksandr Kornev təkərlərin niyə uğultu yaratdığı və daha səssiz şinlərin necə seçilməli olduğu barədə “İzvestiya” nəşrinə müsahibəsində danışıb.

“Əksər hallarda söhbət hava mənşəli səsdən gedir. Bu səsi təkər tağlarının lokal səs izolyasiyası vasitəsilə azaltmaq mümkündür. Lakin avtomobil konstruksiyası ilə ötürülən struktur səs artıq kuzovun kompleks səs izolyasiyasını tələb edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, əlavə səs şinlərdə düzgün olmayan təzyiq səbəbindən də yarana bilər. Həddindən artıq şişirdilmiş təkərlər daha sərt və səsli olur. Bu, xüsusilə, şipli şinlərdə daha qabarıq hiss edilir. Aşağı təzyiq isə vibrasiyalara səbəb olur. Ekspert istehsalçının göstərdiyi təzyiq göstəricilərinə ciddi riayət etməyi tövsiyə edir. Adətən bu məlumat sürücü qapısının iç hissəsində və ya yanacaq çəninin qapağında yerləşdirilir.

Uğultunun digər səbəbi təkərlərin balansının pozulması və ya təkər bucaqlarının tənzimlənməsinin (“razval-sxojdeniye”) düzgün aparılmaması ola bilər. Bu halda vibrasiyalar kuzova ötürülür, şinlər qeyri-bərabər aşınır və yol örtüyü ilə sürtünmə güclənir ki, bu da səs səviyyəsini artırır.

Yeni şin seçərkən Kornev səs səviyyəsi üzrə markalanmaya diqqət yetirməyi məsləhət görür:

“Şin növü də akustik komforta təsir göstərir. Ən səssiz hesab olunanlar yumşaq rezindən hazırlanmış friksion qış şinləridir. Yay şinləri daha sərt olur və adətən daha çox səs yaradır. Ən səsli modellər isə off-road şinləri, eləcə də gücləndirilmiş karkaslı və sərt yan divarlı şipli şinlərdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv