Hipertoniyaya qarşı təbii “silah” açıqlandı

Hipertoniyaya qarşı təbii “silah” açıqlandı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çuğundur şirəsi dərman qəbul etmədən arterial təzyiqi aşağı sala bilər.

presstvaz bildirir ki, bu barədə praktiki həkim Tosin Sotubo-Adjayi “Daily Mirror” nəşrinə müsahibəsində danışıb.

Həkim hipertoniyadan əziyyət çəkən şəxslərə bu içkini rasionlarına daxil etməyi tövsiyə edib.

Tosin Sotubo-Adjayinin sözlərinə görə, çuğundur şirəsi yüksək nitrat tərkibinə görə bəzi qan təzyiqi dərmanları qədər effektiv ola bilər. Bu maddələr, həmçinin kələm və digər yarpaqlı göyərtilərin tərkibində də mövcuddur. Buna görə də həmin məhsulların menyuya daxil edilməsi faydalıdır.

“Çuğundur şirəsini sevirəm, baxmayaraq ki, onun özünəməxsus dadı var. Tədqiqatlar göstərib ki, bu içkidən gündə bir stəkan qəbul etmək qan təzyiqinin azalmasına kömək edə bilər”, – deyə həkim bildirib.

O vurğulayıb ki, bu istiqamətdə aparılan araşdırmalar məhdud sayda iştirakçı üzərində həyata keçirilib və bu üsul hərtərəfli müalicəni əvəz etmir. Bu səbəbdən içkinin əsas terapiyaya əlavə kimi istifadə olunması və həkimlə məsləhətləşmədən təyin olunmuş dərmanların dayandırılmaması tövsiyə edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv