Bu halda pensiyanız əlinizdən alına bilər – DİQQƏT

Bu halda pensiyanız əlinizdən alına bilər – DİQQƏT






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər mediada bəzi şəxslərin pensiya hüququndan məhrum edilə biləcəyi ilə bağlı məlumatlar müzakirə olunur. Bu məsələnin qanunvericilik baxımından hansı hallara aid olduğu və pensiya hüququnun hansı səbəblərlə itirilə biləcəyi maraq doğurur.

presstvaz xəbər verir ki, hüquqşünas Kərim Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müəyyən hallarda şəxslər pensiya hüququndan məhrum oluna bilər:

"Bu, əsasən cinayətə yol verən, yalan məlumat təqdim edən və ya dövlət qaydalarını pozan şəxslərə aiddir. Həbsdə olan şəxslərin pensiya ödənişləri bəzi hallarda müvəqqəti dayandırıla bilər. Həbsdə cəza çəkənlərin pensiya təyinatı onların fəaliyyətinə və yaşam şəraitinə görə fərqlənir. Eyni zamanda, saxta sənəd təqdim edərək pensiya almağa çalışan şəxslər də bu hüquqdan məhrum edilə bilərlər. Əgər kimsə iş stajını və ya yaşını düzgün göstərməzsə, pensiya ödənişləri dayandırıla bilər."

Ekspert əlavə edib ki, əlillik əsasında təyin olunan pensiyalar da müəyyən hallarda yenidən qiymətləndirilir:

"Şəxs iş qabiliyyətini bərpa edərsə və reabilitasiya prosesindən keçərsə, pensiyası ləğv oluna bilər. Bu, pensiyadan məhrum edilmənin digər əsas səbəblərindən biridir. Həmçinin, dövlət qulluqçuları və hüquqi şəxslər ciddi qanun pozuntularına yol verdikdə onların pensiya ödənişləri dayandırıla və ya tamamilə ləğv edilə bilər."

Qeyd edək ki, pensiya hüququ yalnız qanunvericiliyin tələblərinə riayət olunduğu halda qorunur və saxtakarlıq və ya ciddi hüquq pozuntuları bu hüququn itirilməsinə səbəb ola bilər.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv