Bu dəfə yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq

Bu dəfə yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq






presstv

"Presstv"az #ABŞ, #Barak Obama, #Donald Tramp, #Hadisə, #Jurnalistlər, #Planet, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp yadplanetlilər və uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi sənədlərin açıqlanması üçün proses başladılacağını bəyan edib.

presstvaz xəbər verir ki, Tramp bunu “Air Force One” təyyarəsində jurnalistlərə deyib.

Donald Tramp UNO və yadplanetlilərlə bağlı məxfi sənədlərin açıqlanması üçün proses başladılacağını deyib. O, aidiyyəti qurumlara sənədlərin müəyyənləşdirilib ictimaiyyətə təqdim olunması barədə göstəriş veriləcəyini bildirib və Barak Obamanın mövzu ilə bağlı açıqlamasını tənqid edib.

Obama isə kainatın genişliyini nəzərə alaraq Yerdənkənar həyatın mümkün ola biləcəyini desə də, prezidentliyi dövründə buna dair heç bir sübut görmədiyini vurğulayıb.

Pentagonun 2024-cü il hesabatında da yadplanetlilərlə bağlı heç bir sübutun tapılmadığı, müşahidələrin çoxunun adi və ya təbii hadisələrlə izah edildiyi qeyd olunub. 2023-cü ildə ABŞ Konqresində keçirilən dinləmələrdə də konkret fakt təqdim edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv