Almaniyadan TƏCİLİ ÇAĞIRIŞ: İranı dərhal tərk edin

Almaniyadan TƏCİLİ ÇAĞIRIŞ: İranı dərhal tərk edin






presstv

"Presstv"az #Almaniya, #Audi, #Donald Tramp, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb.

presstvaz xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında dərc olunub.

Diplomatik qurumun məlumatında vurğulanır ki, Almaniyanın Tehrandakı səfirliyi hazırda Almaniya vətəndaşlarına yalnız son dərəcə məhdud konsulluq dəstəyi göstərə bilər. Bu səbəbdən təhlükəsizlik baxımından onların İslam Respublikasını tərk etmələri tövsiyə olunur.

“İrana səfərlər tövsiyə edilmir. Almaniya vətəndaşlarına ölkəni tərk etmələri qəti şəkildə məsləhət görülür. Nəzərinizə çatdırırıq ki, məsul Almaniya diplomatik nümayəndəliyi xaricdə konsulluq yardımını yalnız çox məhdud həcmdə göstərə bilər. Bu, xüsusilə ölkəyə daxil olarkən İran pasportundan istifadə etdiyiniz halda aktualdır”, – deyə fevralın 20-də yenilənmiş məlumatda bildirilir.

Xəbərdarlıq Donald Trampın İrana qarşı hərbi və hökumət obyektlərinə məhdudmiqyaslı zərbə endirilməsi imkanını nəzərdən keçirdiyi barədə bəyanatı fonunda yayılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv