“Barselona”nın keçmiş futbolçusu Nəriman Axundzadə ilə komanda yoldaşı oldu

“Barselona”nın keçmiş futbolçusu Nəriman Axundzadə ilə komanda yoldaşı oldu






presstv

"Presstv"az #"Qarabağ", #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Everton, #Fransa, #Futbol, #İngiltərə, #İspaniya, #İspaniya La Liqası, #İspaniyanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Kolambus Kryu” klubu “Barselona”nın və Portuqaliya yığmasının keçmiş yarımmüdafiəçisi Andre Qomeşi heyətinə qatıb.

presstvaz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, azad agent qismində kollektivə qoşulan 32 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan anlaşma imzalanıb. Tərəflər arasındakı müqavilədə müddətin daha bir il artırılması imkanını verən bənd də öz əksini tapıb.

Zəngin karyerası boyu Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya” və “Barselona”, İngiltərənin “Everton”, eləcə də Fransanın “Lill” komandalarının şərəfini qoruyan Qomeş bir sıra titullara yiyələnib. O, “Barselona”nın heyətində İspaniya La Liqasının qalibi (2017/18) olmaqla yanaşı, iki dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb.

Portuqaliya milli komandasının formasını 29 görüşdə geyinən təcrübəli futbolçu 2016-cı ildə Avropa çempionluğu sevincini yaşayıb.

Xatırladaq ki, “Kolambus Kryu” klubu bu yaxınlarda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni də heyətinə cəlb edib. N.Axundzadənin ABŞ klubu ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Okeanın o tayı təmsilçisi bu transfer qarşılığında “Qarabağ”a 1 milyon avrodan bir qədər artıq vəsait ödəyəcək.

Barselonanın keçmiş futbolçusu Nəriman Axundzadə ilə komanda yoldaşı oldu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv