Məhkəmə qərarından sonra PSJ Mbappeyə 4 milyon avro ödədi

Məhkəmə qərarından sonra PSJ Mbappeyə 4 milyon avro ödədi






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Futbol, #Kilian Mbappe, #Münaqişə, #Paris, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

PSJ klubu məhkəmə qərarından sonra “Real Madrid”in hücumçusu Kilian Mbappeyə olan 6 milyon avro məbləğində qalıq borcunun 4 milyonunu ödəyib. Buna baxmayaraq, tərəflər arasındakı maliyyə anlaşılmazlığı hələ də öz həllini tapmayıb.

presstvaz “L Équipe” portalına istinadən xəbər verir ki, məhkəmə icraçılarının müdaxiləsindən sonra Paris təmsilçisi sabiq futbolçusuna qismən ödəniş həyata keçirib.

Qeyd edək ki, məhkəmə daha əvvəl PSJ-nin futbolçuya ödənilməmiş maaş, mükafatlar və faizlər daxil olmaqla, ümumilikdə 60.9 milyon avro kompensasiya ödəməli olduğuna dair qərar çıxarmışdı. Əsas vəsait və qalıq borcun bir hissəsi artıq köçürülsə də, tərəflər arasında 2 milyon avroluq fərq hələ də mübahisə mövzusu olaraq qalır. Klub isə futbolçu ilə tam hesablaşdığını iddia edir.

Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında “Real Madrid”ə pulsuz transferindən sonra yaranıb. Danışıqlar davam edir və növbəti məhkəmə müdaxiləsinin mümkünlüyü istisna edilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv