İspaniyalı həkim: “Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər”

İspaniyalı həkim: “Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər”






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakteriya, #Diş fırçası, #Həkim, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Tez-tez təkrarlanan soyuqdəymə hallarının qeyri-aşkar səbəbi diş fırçası ola bilər”.

presstvaz “Deia” nəşrinə istinadən xəbər veir ki, bu barədə ispaniyalı həkim David Kalyexo xəbərdarlıq edib. Mütəxəssis diş fırçasını soyuqdəymə, ishal və ya ağız boşluğunun müxtəlif infeksiyaları zamanı patogen mikroorqanizmlərin çoxalması üçün “dəbdəbəli hotel” adlandırıb.

Həkim bildirib ki, xəstəlikdən tam sağaldıqdan sonra istifadə olunan diş fırçası dəyişdirilməzsə, residiv (xəstəliyin yenidən qayıtması) baş verə bilər. Çünki fırçanın tükləri arasında qalan bakteriya və viruslar orqanizmə yenidən daxil olaraq infeksiya yaradır.

Üstəlik, mütəxəssis əlavə edib ki, diş fırçaları eyni qabda digər ailə üzvlərinin fırçaları ilə yanaşı saxlanılarsa, yoluxma riski daha da artır. “İnfeksiyadan sonra eyni diş fırçasından istifadə etmək, duş qəbul etdikdən sonra çirkli alt paltarı geyinmək kimidir”, – deyə David Kalyexo maraqlı müqayisə aparıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv