AZAL-dan Rusiyaya üzərlik aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik aparan vətəndaşlara XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hava Yolları, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə presstvaz AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Müraciətdə qeyd olunub ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) uyğun olaraq bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər

Şirkət vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.

AZAL, həmçinin sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.

Qeyd edək ki, bu maddə Rusiyanın sərhədindən narkotik vasitələrin və oxşar maddələrin qanunsuz keçirilməsinə görə üç ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza maddənin miqdarından (külli və ya xüsusilə külli miqdar), mütəşəkkil dəstənin və ya vəzifəli şəxsin iştirakı kimi hallardan asılı olaraq ağırlaşır və əlavə olaraq bir milyon rubladək cərimə tətbiq oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv