“Real Madrid”in əfsanəvi futbolçusu “Qarabağ”ı SƏRT TƏNQİD ETDİ

“Real Madrid”in əfsanəvi futbolçusu “Qarabağ”ı SƏRT TƏNQİD ETDİ






presstv

"Presstv"az #"Qarabağ", #"Real Madrid", #Audi, #Bakı, #Futbol, #İngiltərə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birinci hissənin “Nyukasl Yunayted” üçün möhtəşəm 45 dəqiqə olduğunu inkar etmək olmaz. Hesab 0:5 idi və 0:10 da ola bilərdi”.

presstvaz “The Shelds Gazette” nəşrinə istinadən xəbər verir ki, bunu “TNT Sports” kanalında ekspert kimi fəaliyyət göstərən “Real Madrid”in əfsanəvi sabiq futbolçusu Stiv Makmanaman “Qarabağ” – “Nyukasl Yunayted” oyununun nəticəsini müzakirə edərkən deyib.

Görüşün fasiləsində danışan İngiltərə millisinin sabiq üzvü “Qarabağ”ı sərt tənqid edib:

“Mən bilmirəm bu nə komandadır. Bunlar “Ayntraxt”ı və “Benfika”nı məğlub edən komandaya oxşamırlar. Onlar özlərini başqası kimi göstərən bir dəstəyə bənzəyirlər”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off görüşündə “Qarabağ” Bakıda “Nyukasl Yunayted”ə 1:6 hesabı ilə uduzub. Təkrar oyun fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv