“WhatsApp”dan yenilik: “Telegram”da olan oxşar funksiya istifadəyə verilir

“WhatsApp”dan yenilik: “Telegram”da olan oxşar funksiya istifadəyə verilir






presstv

"Presstv"az #Audi, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“WhatsApp” mesencerində hesabların qorunması üçün yeni təhlükəsizlik mexanizmi yaradılacaq. Tətbiqin “Android” üçün nəzərdə tutulmuş 2.26.7.8 nömrəli beta versiyasında hesaba giriş üçün xüsusi parol (PIN-kod) quraşdırma funksiyası aşkar edilib.

presstvaz xəbər verir ki, bu barədə “WABetaInfo” portalı xəbər yayıb.

Yeni üsul istifadəçilərə tətbiqin parametrlərində fərdi parol təyin etmək imkanı verəcək. Parolun uzunluğu 6-dan 20 simvola qədər olmalı, tərkibində isə ən azı bir hərf və bir rəqəm yer almalıdır. Sistem seçilmiş kombinasiyanın nə dərəcədə etibarlı olduğunu istifadəçiyə göstərəcək. Parolu istənilən vaxt dəyişdirmək və ya ləğv etmək mümkün olacaq, funksiyadan istifadə isə könüllü xarakter daşıyacaq.

Təhlükəsizlik sistemi belə çalışacaq: Giriş zamanı standart altırəqəmli təsdiq kodu daxil edildikdən sonra “WhatsApp” əlavə olaraq hesab parolunu tələb edəcək. Əgər ikimərhələli autentifikasiya (2FA) aktivdirsə, istifadəçi ardıcıl olaraq həm 2FA kodunu, həm də yeni parolu daxil etməli olacaq. Bu sxem sayəsində təsdiq kodu ələ keçirilsə belə, hesabın oğurlanması demək olar ki, qeyri-mümkün olacaq.

Hazırda sınaq mərhələsində olan bu funksiyanın yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacağı planlaşdırılır. Qeyd edək ki, “Telegram” mesencerində oxşar funksiya artıq uzun müddətdir ki, istifadə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv