Almaniyanın nüvə silahı olacaqmı? – Merz nöqtəni qoydu

Almaniyanın nüvə silahı olacaqmı? – Merz nöqtəni qoydu






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Hərbi Hava Qüvvələri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mən Almaniyanın öz nüvə silahına sahib olması məsələsini hətta nəzərdən keçirməsini belə istəmirəm.

presstvaz xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.

O, 1970-ci il tarixli Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT), həmçinin 1990-cı ildə Almaniyanın birləşməsi ilə bağlı imzalanmış “2+4” müqaviləsinə istinad edib.

Merz xatırladıb ki, hazırda Almaniyanın qərbində ABŞ-ın nüvə silahlarını daşımaq imkanına malik Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcıları yerləşir.

“Teorik olaraq bu mexanizmi Böyük Britaniya və Fransanın nüvə silahlarına da şamil etmək mümkün olardı”, – deyə Merz bildirib.

Qeyd edək ki, bəzi mətbuat orqanlarının məlumatına görə, Almaniyanın qərbində ABŞ-ın onlarla nüvə bombası yerləşdirilib. “Die Zeit” qəzetinin yazdığına görə, ümumilikdə Avropada təxminən 100 belə bomba mövcuddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv