Adi bir daş kimi görünür, sahildə tapan varlanır – FOTO

Adi bir daş kimi görünür, sahildə tapan varlanır – FOTO






presstv

"Presstv"az #dənizdə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Balina qusması” kimi tanınan amberqris fırtınalardan sonra sahillərə vurduqda, qramı qızılla yarışacaq qədər dəyərli olur. Kənardan baxdıqda adi qaya parçasından fərqlənməyən bu maddə parfümeriya sektorunun ən çox axtardığı xammal olduğu üçün tapanlara əsl sərvət qazandırır.

presstvaz xəbər verir ki, amberqrisi bu qədər qiymətli edən əsas amil kosmetika sektorudur. Dünyaca məşhur ətir istehsalçıları qoxuların qalıcılığını artırmaq və fiksasiya etmək üçün bu nadir maddədən istifadə edirlər. Okean cərəyanları ilə sürükləndikcə sərtləşən və daş halına gələn bu maddənin həqiqi olduğu mütəxəssis rəyi ilə təsdiqlənərsə, milyonlarla manat dəyərində satıla bilər.

Amberqris kaşalot balinalarının (ispermeçet balinası) həzm sistemində yaranır. Balinalar yedikləri kalmar və osminoqların həzm olunmayan sərt dimdiklərinin bağırsaqlarına zərər verməməsi üçün yağlı və mum bənzəri bir maddə ifraz edirlər. Bu maddə həmin sərt parçaların ətrafını bürüyərək kütlə halına gəlir və bir müddət sonra balina tərəfindən bədəndən kənarlaşdırılır.

Türkiyənin Mersin şəhərində keçirilən bir əməliyyat zamanı onlarla kiloqram amberqris ələ keçirilmiş və onun bazar dəyərinin milyonlarla lirə olduğu açıqlanmışdır. Xüsusilə fırtınalı havalardan sonra sahillərdə yosunlu daşa bənzəyən bu parçaların tapılma ehtimalı artır.

Amberqrisin mənbəyi olan kaşalot balinaları qorunan növlər sırasındadır. Dənizdə təbii yollarla yaranıb sahilə vuran parçaların toplanması qanuni hesab edilsə də, bu maddəni əldə etmək üçün balinalara zərər verilməsi və ya müdaxilə olunması ağır cəzalarla nəticələnir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv