ABŞ-nin səbri tükənir, qırıcılar hazır vəziyyətdə, müharibə ehtimalı 90% – İran üçün kritik həftələr

ABŞ-nin səbri tükənir, qırıcılar hazır vəziyyətdə, müharibə ehtimalı 90% – İran üçün kritik həftələr






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İran, #İsrail, #Müharibə, #Qırıcı təyyarə, #Tehran, #təyyarə, #Vaşinqton, #Venesuela, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ-nin qarşıdakı həftələrdə İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90%-dir”.

presstvaz xəbər verir ki, bu barədə “Axios” nəşri Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən məlumat yayıb.

“Axios” bildirir ki, Birləşmiş Ştatlar son 24 saat ərzində Yaxın Şərqə 50 ədəd “F-35”, “F-22” və “F-16” qırıcı təyyarəsi yerləşdirib.

Nəşr mənbələrinin fikrincə, ABŞ-nin İranda həyata keçirə biləcəyi potensial hərbi əməliyyat genişmiqyaslı olacaq və bir neçə həftə davam edəcək. Onların ehtimallarına görə, bu, ABŞ-nin yanvarda Venesuelada keçirdiyi hədəfli əməliyyatdan daha çox tammiqyaslı müharibəni xatırladacaq. İran əməliyyatı son on ildə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi müdaxiləsi ola bilər.

Mənbələr İsrailin də əməliyyatda iştirak edə biləcəyini düşünürlər. Bildirilir ki, İran üçün nəticələr 2025-ci ilin iyununda İslam Respublikasının nüvə obyektlərinə qarşı həyata keçirilmiş ABŞ-İsrail əməliyyatından daha genişmiqyaslı və əhəmiyyətli ola bilər. İki İsrail rəsmisinin sözlərinə görə, yəhudi dövləti yaxın günlərdə müharibəyə hazırlaşır.

Fevralın 17-də Omanın vasitəçiliyi ilə ABŞ-İran danışıqlarının ikinci raundu başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin “Axios”a açıqlamalarında ABŞ rəsmiləri Vaşinqton və Tehranın fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə şübhə ilə yanaşıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv