Mehdiabadda bərbər dəhşəti: Saçını kəsdiyi müştərinin başına torba keçirib təqaüdünü oğurladı

Mehdiabadda bərbər dəhşəti: Saçını kəsdiyi müştərinin başına torba keçirib təqaüdünü oğurladı






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Azərbaycan, #DİN, #Hadisə, #İran, #Məhkum, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron polisi etibardan sui-istifadə edən soyğunçunu qısa müddətdə yaxalayıb

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində vətəndaşa qarşı zor tətbiq edilməklə soyğunçuluq hadisəsi qeydə alınıb. Zərərçəkən şəxs polisə müraciət edərək küçədə naməlum şəxsin hücumuna məruz qaldığını və 485 manat pulunun əlindən alındığını bildirib.

Xain plan: Müştərisini izləyib hücum edib Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov saxlanılıb.

          presstvaz xəbər verir ki, araşdırmalar zamanı hadisənin tükürpədici təfərrüatları üzə çıxıb. Məlum olub ki, zərərçəkən həmin gün daimi müştərisi olduğu kişi salonuna gedərək saçını kəsdirib. Bərbəri H.Cəfərovla söhbət zamanı təqaüdünün kartına təzə köçdüyünü deyib. Bunu eşidən bərbər müştərisi salondan çıxdıqdan sonra onu gizlicə izləməyə başlayıb.

Başına torba keçirib, pulları İrana göndərib Cinayətkar niyyətini reallaşdırmaq üçün kimsəsiz yerdə yaşlı müştərisinə hücum edərək onun başına polietilen torba keçirib və cibindəki təqaüd pulunu zorla talayıb. Daha sonra o, ələ keçirdiyi vəsaiti narkotik vasitə almaq məqsədilə İran vətəndaşına onlayn yolla göndərib.

           Faktla bağlı araşdırmalar davam etdirilir. Polis vətəndaşları şəxsi məlumatlarını və maddi vəziyyətləri barədə məlumatları kənar şəxslərlə bölüşərkən ehtiyatlı olmağa çağırır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv