Ramazanda sağlam qidalanmanın QIZIL QAYDALARI: AQTA-dan mühüm tövsiyələr

Ramazanda sağlam qidalanmanın QIZIL QAYDALARI: AQTA-dan mühüm tövsiyələr






presstv

"Presstv"az #Azərbaycan, #Düzgün qidalanma, #Sağlamlıq, #Xurma, #YouTube, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oruc tutanlar üçün imsak və iftar menyusu necə olmalıdır?

         Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) presstvaz-a daxil olan məlumata görə, Ramazan ayında düzgün qidalanmaq həm gün ərzində enerjili qalmaq, həm də həzm sistemini qorumaq üçün olduqca vacibdir. Agentlik mütəxəssisləri oruc tutan vətəndaşlara sağlamlıqlarını qorumaq üçün bir sıra mühüm məsləhətlər verib.

Su balansı və orucun açılması Ramazanda ən vacib məqam orqanizmin su ehtiyacını qarşılamaqdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin sulu qidalara üstünlük vermək lazımdır. presstvaz  xəbər verir ki, mütəxəssislər orucu ilıq su ilə açmağı daha məqsədəuyğun hesab edirlər.

İmsakda nə yeməli? İmsak gün ərzində enerji və su balansını qoruduğu üçün mütləqdir. Seçim edərkən aşağıdakılara üstünlük verilməlidir:

  • Tox saxlayan qidalar: Yulaf, düyü, bulqur;

  • Protein mənbələri: Yumurta və pendir;

  • Lifli qidalar: Tərəvəz və meyvələr (həm toxluq yaradır, həm də susuzluğu azaldır).

İftar zamanı qızıl qayda: Tələsməyin! İftarda birdən-birə ağır yeməklər yemək həzm sistemini yükləyir. AQTA-nın tövsiyə etdiyi ardıcıllıq belədir:

  1. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salatla başlayın.

  2. Bir qədər fasilə verin.

  3. Əsas yeməyə şorba kimi sulu qidalarla başlayın.

Uzaq durmalı olduğumuz qidalar Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən qaçmaq lazımdır. Həzmi yaxşılaşdırmaq üçün qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları qəbul etmək faydalıdır.

           Hərəkət və yuxu rejimi İftardan sonra qidalanmanı kiçik porsiyalarla bir neçə mərhələyə bölmək, yeməyi yaxşı çeynəmək vacibdir. Həmçinin, axşam saatlarında yüngül piyada gəzintisi və yuxu rejiminə riqqət etmək Ramazan ayını daha rahat keçirməyə kömək edəcək.

   presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv