Doqquz fərqli rəng seçimi ilə yeni “Audi Q5” tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni “Audi Q5” tezliklə Azərbaycanda






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Babək prospekti, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Audi”nin ən çox sevilən SUV modellərindən olan “Audi Q5″, üçüncü nəsil tam yenilənmiş dizaynı, müasir texnologiyaları və dinamik performansı ilə Azərbaycanda da tezliklə satışa çıxır! Bu prestijli SUV artıq 9 fərqli eksteryer rəng seçimi ilə iki fərqli gövdədə “Audi Q5″ və “Audi Q5 Sportback” olaraq qarşımızda olacaq.

Yeni “Q5″in yeni rəng palitrası, onun xarizmatik xarici görünüşünü daha da vurğulayır. Azərbaycanda təqdim olunacaq doqquz fərqli rəng tonu belədir:

· “Myth Black” – qaranın zəngin və dərin tonu

· “Tambora Gray” – zərif və modern boz

· “Daytona Gray” – məşhur, zərif, tünd metallik boz

· “Glacier White” – ağ rəngin saf və parlaq tonu

· “Navarra Blue” – dərin mavi, dinamik görünüş

· “Ultra Blue” – enerjili mavi

· “District Green” – diqqətçəkən, təbii yaşıl

· “Sakhir Gold” – isti qızılı ton

· “Grenadine Red” – iddialı və parlaq qırmızı

Bu rəng spektri “Q5″in premium xarakterini daha da gücləndirir və hər zövqə uyğun individual tərtibat imkanı yaradır.

Dizayn və texnologiya: Modern estetika ilə funksionallığın sintezi

Yeni “Audi Q5”, xarici dizaynında daha dinamik və müasir xətlərə sahibdir. Ön radiator barmaqlığından tutmuş arxa işıqlara qədər hər detal innovativ “Audi” üslubunu əks etdirir. “Premium Platform Combustion” (PPC) əsaslı yeni nəsil şassi mükəmməl balanslaşdırılmış idarəetmə və performans təmin edir.

Ən son “Audi” texnologiyalarından bəziləri:

· “MHEV plus” texnologiyalı mühərriklər – daha səmərəli yanacaq idarəçiliyi.

· Geniş infotainment sistemi – intuitiv interfeys və rahat idarəetmə.

· Avtomatik kömək sistemləri və təhlükəsizlik paketləri – sürücü üçün maksimal sürüş dəstəyi, sərnişinlər üçün maksimal təhlükəsizlik.

Performans və sürüş rahatlığı

Yeni “Audi Q5”, həm şəhər içi, həm də uzun yol səyahətləri üçün ideal dizayn edilmişdir. “Quattro” tam ötürücü sistemi yol şəraitindən asılı olmayaraq daha stabil və etibarlı performans təmin edir.

“Audi Azərbaycan”dan verilən məlumatlara əsasən, Yeni “Audi Q5” və “Audi Q5 Sportback” modelləri bu il ölkəmizdə rəsmi olaraq satışa çıxacaq. Öncədən sifariş seçimlərindən yararlanaraq, bu modellərin ölkədə ilk sahiblərindən biri ola bilərsiniz.


Ətraflı məlumat üçün:

Audi Bakı Mərkəzi

Ünvan: Babək Prospekti 43A

Əlaqə: *2299

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda

Doqquz fərqli rəng seçimi ilə yeni Audi Q5 tezliklə Azərbaycanda


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv