Vaşinqtonda Konqres binası yaxınlığında silahlı şəxs tutuldu

Vaşinqtonda Konqres binası yaxınlığında silahlı şəxs tutuldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Jurnalistlər, #Livan, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ Konqresi binasına bitişik ərazidə əlində dolu ov tüfəngi olan kişini saxlayıblar.

presstvaz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə mətbuat konfransında Konqresin polis rəisi Maykl Sallivan məlumat verib.

O qeyd edib ki, həmin şəxs avtomobildən əlində ov tüfəngi ilə düşərək Konqres binasına tərəf qaçmağa başlayıb:

“Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər ona silahı yerə atmağı əmr ediblər, o, əmrə tabe olub”, – Sallivan bildirib. Onun sözlərinə görə, saxlanılan şəxsin 18 yaşı var.

Sallivan ov tüfənginin dolu olduğunu xüsusi vurğulayıb. Saxlanılan şəxsin əynində zirehli jilet, üzərində isə patronlar olub. Onun avtomobilinə baxış keçirilərkən dəbilqə və qaz maskası da aşkar edilib. Gəncin bu addımı hansı motivlə atdığı hələlik məlum deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv