Fransadan maraqlı qərar: “Grinch” tankeri sərbəst buraxıldı

Fransadan maraqlı qərar: “Grinch” tankeri sərbəst buraxıldı






presstv

"Presstv"az #Audi, #Emmanuel Makron, #Fransa, #Gəmi, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa hakimiyyəti Rusiyadan yola düşən “Grinch” tankerinin həbsini ləğv edib və gəmi ölkənin ərazi sularını tərk edib.

presstvaz xəbər verir ki, bu barədə Marsel Prokurorluğu açıqlamasında bildirib.

Məlumatda bildirilir ki, Buş-dü-Ron departamentinin prefekti gəmiyə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Tanker Fransanın ərazi sularını tərk edənə qədər səlahiyyətli xidmətlərin müşahidəsi altında olub. Gəminin sahibi sadələşdirilmiş məhkəmə prosesində bayrağın olmamasına görə cərimələnib. Prokurorluq, həmçinin şirkətin tankerin üzərinə bayrağı qaldırmaq öhdəliyi götürdüyünü də açıqlayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yanvar ayında Murmanskdan yola düşən tankerin saxlanıldığını elan etmişdi. Aralıq dənizində gəminin yoxlanılması zamanı qeydiyyat məlumatlarında uyğunsuzluq aşkarlanmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv