“KARE” və “Karim Rashid” ilə kollaborasiya çərçivəsində ərsəyə gələn “Fluid Realities” kolleksiyasını təqdim edir

“KARE” və “Karim Rashid” ilə kollaborasiya çərçivəsində ərsəyə gələn “Fluid Realities” kolleksiyasını təqdim edir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #DNT

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“KARE” və “Karim Rashid” arasındakı kollaborasiyanın dünya premyerası cəsur və dərin emosional çalarlara malik “Fluid Realities” kolleksiyasının təqdimatı ilə əlamətdar olub. Brend bu eksklüziv birgə layihəni təqdim etməklə cari ildə brendin kreativ təkamülünü və dizayn sahəsindəki beynəlxalq təcrübəsini inamla nümayiş etdirib. Yeni “Fluid Realities” kolleksiyasının yaradılması üçün “KARE”nin dizayn şöbəsinin rəhbəri və baş icraçı direktoru Yürgen Rayter layihəyə ulduz dizayner “Karim Rashid”i dəvət edib. “Karim Rashid” təkrarolunmaz və gələcəyə yönəlmiş estetikası ilə dünya miqyasında dərhal tanına bilən simvolik dizayn imzası ilə məşhur olan, zəmanəmizin ən nüfuzlu dizaynerlərindən biri hesab olunur.

“KARE” brendinin baş icraçı direktoru Peter Şönhofenin vurğuladığı kimi, “Karim Rashid” emosional cəlbedicilik və yumor hissi ilə zəngin cəsarətli dizaynı təcəssüm etdirir. Bu keyfiyyətlər nəinki brendin “DNT”-si ilə mükəmməl ahəng təşkil edir, həm də qlobal auditoriyanın diqqətini cəlb edir. “Karim Rashid” görə, dizayn gündəlik həyatın ayrılmaz bir məfhumudur: insanın özünü, həqiqətən, evdə hiss etməsi üçün mebel onun ruhunun bir parçasına çevrilməlidir.

Yeni kolleksiyaya futuristik zərifliyin funksional sadəliklə vəhdət təşkil etdiyi 60-a yaxın mebel və işıqlandırma predmeti daxil edilib. “KARE”nin ekspressiv estetikasına sadiq qalan kolleksiya brendi dizaynın yeni bir mərhələsinə daşıyır. Peter Şönhofenin fikrincə, bu kollaborasiya brendin təkamülündə məntiqi bir addım və bütün bazara ünvanlanmış aydın, inamlı bir mesajdır.

“KARE”nin təsisçiləri Yürgen Rayter və Peter Şönhofen ilə sıx əməkdaşlıq şəraitində yaradılan kolleksiya həm sahibkarlıq cəsarətini, həm də ortaq yaradıcı vizyonu əks etdirir. “Karim Rashid”in sözlərinə görə, “KARE” brendinin “DNT”-si və hər iki yaradıcısının sarsılmaz ruhu onu güclü xarakterə malik, ağ, çəhrayı və texno-çalarlardan ibarət müasir rəng palitrası ilə emosional cazibə yaradan və brendin əsas dəyərlərini inandırıcı şəkildə ifadə edən bir kolleksiya yaratmağa ilhamlandırıb.

“Karim Rashid”in dizayn fəlsəfəsinin mərkəzində istər evdə, istər ofisdə, istərsə də ictimai məkanlarda futuristik və emosional cəhətdən zəngin ab-hava axtaran insanlar üçün müvafiq məkanlar yaratmaq arzusu dayanır. Onun ideal auditoriyası, eynilə KARE pərəstişkarları kimi, minimalizmlə birləşən həssaslığı yüksək qiymətləndirən, öz ətrafını sevinc bəxş edən, maraq oyadan və düşünməyə vadar edən əşyalarla əhatə etməyə üstünlük verən insanlardır.

Aktivində 4000-dən çox dizayn işi, 400-dən çox mükafat və 40 ölkədə həyata keçirilmiş layihələr olan “Karim Rashid” müasir interyer və predmet dizaynında inqilab törədib. Onun təkrarolunmaz üslubu – axıcı, orqanik formaların yumşaq solğun çalarlarla və cəsarətli neon vurğularla vəhdəti – “Karim Rashid” müasir dövrün ən nüfuzlu dizaynerlərindən biri statusunu möhkəmləndirib.

“KARE Design GmbH” mebel, işıqlandırma və ev aksesuarları istehsalı üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli özəl şirkətdir. Özünün “Joy of Living” şüarına sadiq qalan brend geniş üslub spektrini əhatə edən qeyri-adi ev dizaynı çeşidlərini hazırlayır və bazara təqdim edir. “KARE”nin biznes ekosistemi pərakəndə satış şəbəkəsini, topdansatış kanallarını, françayzinq sistemini, eləcə də elektron ticarət istiqamətini və kommersiya layihələri ilə iş üzrə ixtisaslaşmış törəmə şirkəti özündə birləşdirir. Bu gün “KARE” dünyanın əlli ölkəsində 120 françayzinq tərəfdaşı ilə əməkdaşlıq

edir. Əsası 1981-ci ildə Yürgen Rayter və Peter Şönhofen tərəfindən qoyulmuş şirkət bu gün də təsisçiləri tərəfindən sahibkar və baş icraçı direktor qismində idarə olunmaqdadır.

Bu və bir sıra digər “KARE” kolleksiyalarını brendin Bakıdakı butikində canlı olaraq qiymətləndirmək mümkündür. “KARE” ziyarətçiləri “AF Mall”, Səməd Vurğun küçəsi, 34 (Tel.: +994 51 201 92 84) ünvanında yerləşən şou-rumuna dəvət edir. Burada qonaqlar brendin dizayn fəlsəfəsi ilə yaxından tanış ola və peşəkar məsləhətlər ala bilərlər.

“KARE” brendinin Azərbaycandakı rəsmi və eksklüziv distribütoru “ITALDIZAIN” şirkətidir. Ətraflı məlumat üçün: https://www.kare-design.com/az-az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv