Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI

Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əllərdəki quru dəri nəmləndirici kremlər, balzamlar və losyonlarla aradan qaldırıla bilər. Bunlar gündə iki dəfə, soyuq havaya çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilməlidir.

presstvaz xəbər verir ki, bunu rusiyalı dermatoloq Marina Qureeva Gazeta.ru-ya verdiyi açıqlamasında bildirib.

Quru dəri (kseroz) ekzema və ya atopik dermatit kimi iltihabi proseslərdən yarana bilər. Lakin problemin əsas səbəbi soyuq mövsümdə qapalı məkanlarda rütubətin aşağı, açıq havada isə yüksək olmasıdır. Quru dəri hüceyrələrarası birləşmələr vasitəsilə suyun itkisindən yaranır və bu birləşmələr soyuğa məruz qaldıqda genişlənir. Rütubət soyuğun dəriyə birbaşa təsirini artırır, soyuq kompres effekti yaradır və hüceyrələrdən suyun çıxmasına səbəb olur.

Bu halların qarşısını almaq üçün xüsusi dərmanlar və yumşaldıcılar hazırlanıb. Bu vasitələr dəridə suyu saxlayır və onun itkisinin qarşısını alır.

Dermatoloqun sözlərinə görə, həkim xəstənin yaşına və dəri tipinə uyğun düzgün nəmləndirici seçməlidir. Marina Qureeva vurğulayıb ki, normal hallarda krem çəkmək kifayətdir.

“Bu maddələr dərinin lipid çatışmazlığını kompensasiya edir, hüceyrələrarası boşluqları doldurur, dərinin səthində qoruyucu təbəqə yaradır və onu qıcıqlandırıcılardan müdafiə edir. Yumşaldıcılar krem, balzam, losyon və s. şəklində olur. Uyğun forma və tərkib adətən xəstənin dəri tipinə, yaşına və dermatoloji vəziyyətinə görə dermatoloq və ya kosmetoloq tərəfindən fərdi seçilir. Lakin quruluq yüngül olduqda sadəcə aptekdən uyğun yumşaldıcı seçmək kifayətdir. Bu məhsulları gündə bir və ya iki dəfə, soyuq havada çölə çıxmazdan 15-20 dəqiqə əvvəl təsirlənmiş nahiyələrə çəkin. Əgər təsir kifayət etməzsə, həkimə müraciət edin” ,- deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv