Biləsuvarda silsilə oğurluqlar edən şəxs saxlanılıb: 7 evin “qənimi” imiş

Biləsuvarda silsilə oğurluqlar edən şəxs saxlanılıb: 7 evin “qənimi” imiş






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Biləsuvar, #Cinayət işi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polis əməkdaşları rayon ərazisində evləri qarət edən Tacəddin Mansurovu ifşa edib

       Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, rayon ərazisində yaşayış evlərindən oğurluq edən şəxsə qarşı keçirilən əməliyyat tədbiri uğurla nəticələnib.

Polisə rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Keçirilən operativ əməliyyat nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.

       7 evin qarət edilməsi faktı üzə çıxıb presstvaz xəbər verir ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxsin əməlləri bununla məhdudlaşmayıb. Müəyyən edilib ki, T.Mansurov rayon ərazisində daha 6 evdən müxtəlif vaxtlarda oğurluqlar törədib. Beləliklə, o, ümumilikdə 7 evə qanunsuz daxil olaraq vətəndaşlara maddi ziyan vurub.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Tacəddin Mansurov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda onun digər analoji cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv