Putin Kadırovla Kərimovu barışdırdı – Baş müfti

Putin Kadırovla Kərimovu barışdırdı – Baş müfti






presstv

"Presstv"az #Münaqişə, #Rusiya, #Rusiya Dövlət Duması, #Vəzifə, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çeçenistan lideri Ramzan Kadırovla Dağıstan senatoru Süleyman Kərimov arasındakı münaqişə həll olunub: onlar Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyx Ravil Qaynutdin Ramazan bayramı öncəsi dindarlara video müraciətində deyib.

"Açıq düşmənçilik 2024-cü ilin payızından bəri davam edirdi. O vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qanlı düşmənçilikdən danışmışdı", – o bildirib.

Xatırladaq ki, 2024-cü ilin sonlarında Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Qurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələmişdi.

Kadırov iddia edirdi ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər. Guya deputat Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib.

Kadırov əlavə etmişdi ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv