Avropa Parlamenti süni intellekti “söndürdü”

Avropa Parlamenti süni intellekti “söndürdü”






presstv

"Presstv"az #Audi, #Avropa, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Parlamenti parlament üzvlərinə verilən planşetlərdə süni intellekt (Sİ) əsaslı alətlərin deaktiv edilməsi barədə qərar qəbul edib. Bu addım təhlükəsizlik tələbləri ilə əlaqədardır.

presstvaz bildirir ki, bu barədə “Euractiv” parlamentin daxili bülleteninə istinadən xəbər yayıb.

Nəşrin yazdığına görə, məhdudiyyətlər siyahısına virtual köməkçilər, mətn yaratmaq və redaktə etmək üçün nəzərdə tutulan alətlər də daxil olmaqla “inteqrasiya olunmuş Sİ funksiyaları” salınıb. Bildirişdə qeyd olunur ki, kibertəhlükəsizlik və məlumatların məxfiliyi üzrə mütəxəssislər tərəfindən texniki audit aparılıb. Audit nəticəsində müəyyən edilib ki, bu funksiyaların bir qismi sorğuların emalı üçün bulud xidmətlərinə qoşulur və bu da məlumatların sızması baxımından potensial risk yaradır.

Məktubda vurğulanıb ki, vəziyyət tam aydınlaşana qədər bu funksiyaların deaktiv vəziyyətdə saxlanılması məqsədəuyğundur.

Parlamentin İnformasiya Texnologiyaları üzrə baş direktoru deputatlara cihazlarında aktiv, lakin istifadə olunmayan süni intellekt funksiyalarını müstəqil şəkildə söndürməyi tövsiyə edib. O, həmçinin neyron şəbəkələrinin rəsmi elektron poçt yazışmalarına və daxili sənədlərə çıxışının məhdudlaşdırılmasını məsləhət görüb.

Xatırladaq ki, 2024-cü ilin mart ayında Avropa Parlamenti süni intellekt texnologiyalarının istifadəsini tənzimləyən qanunvericiliyi təsdiqləyib. Həmin sənəd vətəndaşlar üçün risk yarada biləcək müəyyən süni intellekt tətbiqlərinə ciddi məhdudiyyətlər nəzərdə tutur. Xüsusilə, qanun hüquq-mühafizə orqanlarının uzaqdan biometrik identifikasiya sistemlərindən istifadəsini qadağan edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv