Yeni Dövlət Proqramı müzakirə edildi: Qida təhlükəsizliyində 2032-ci ilə qədər hədəflər müəyyənləşir

Yeni Dövlət Proqramı müzakirə edildi: Qida təhlükəsizliyində 2032-ci ilə qədər hədəflər müəyyənləşir






presstv

"Presstv"az #Azərbaycan, #Sağlam qidalanma, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AQTA yanında Məşvərət Şurasının iclasında prioritet istiqamətlər açıqlandı

       Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, qurum yanında fəaliyyət göstərən qida sektoru üzrə Məşvərət Şurasının üzvlərinin iştirakı ilə mühüm görüş keçirilib. İclasda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsi geniş müzakirə olunub.

İnnovativ üsullar və beynəlxalq təcrübə Agentlik rəsmilərinin təqdimatında qeyd olunub ki, yeni Dövlət Proqramı hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə əsas götürülüb. presstvaz  xəbər verir ki, sənədin əsas prioritetləri aşağıdakılardır:

  • Heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;

  • Qida zəncirinə nəzarət infrastrukturunun və laborator xidmətlərin gücləndirilməsi;

  • İdxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsi, elm, təhsil və kadr potensialının artırılması;

  • İnnovativ üsulların tətbiqi və istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi.

İctimai nəzarət gücləndiriləcək Müzakirələr zamanı vurğulanıb ki, proqramın əsas istiqamətlərindən biri də qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin gücləndirilməsidir. Məşvərət Şurasının üzvləri layihə ilə bağlı fikir və təkliflərini səsləndirib, sahibkarları və sektoru maraqlandıran suallar Agentlik rəsmiləri tərəfindən cavablandırılıb.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv