BDYPİ-dən piyadalara müraciət: “Həyatınızı təhlükəyə atmayın”

BDYPİ-dən piyadalara müraciət: “Həyatınızı təhlükəyə atmayın”






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İdarənin Mətbuat Xidməti ictimai nəqliyyat gözləyən vətəndaşlara xəbərdarlıq etdi

       Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara təhlükəsizlik qaydaları ilə bağlı mühüm xatırlatma edilib.

Məlumatda bildirilir ki, piyadalar ictimai nəqliyyatı yalnız təyin olunmuş minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə səkidə və ya yol çiyinlərində gözləməlidirlər. Yolun hərəkət hissəsinə çıxmaq və nəqliyyat vasitələrinin hərəkət zolaqlarında dayanmaq həm piyadanın həyatı üçün ciddi risk yaradır, həm də sürücülər üçün gözlənilməz maneəyə çevrilir.

       presstvaz  xəbər verir ki, BDYPİ piyadaları bir anlıq diqqətsizliyin ağır və arzuolunmaz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar edib. Qeyd olunub ki, hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşları şəxsi təhlükəsizliklərini qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv