Estetik dünyasında bıçaq altına yatmaq dövrü bitir – yeni möcüzəvi üsul

Estetik dünyasında bıçaq altına yatmaq dövrü bitir – yeni möcüzəvi üsul






presstv

"Presstv"az #Cərrahi əməliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Artıq gənc və təravətli görünmək üçün ağır cərrahi əməliyyatlara, narkoza və uzunmüddətli sağalma proseslərinə ehtiyac qalmır. Texnologiyanın inkişafı ilə birlikdə estetik dünyasında “biçaqsız inqilab” yaşanır. Yeni üsullar sayəsində cəmi bir neçə saat ərzində 10 yaş gəncləşmək mümkündür.

presstvaz əməliyyat dövrünü bağlayan əsas metodları təqdim edir:

HIFU (Fokuslu Ultrasəs Terapiyası) – bu üsul ultrasəs dalğaları vasitəsilə dərinin ən dərin qatlarına (SMAS təbəqəsinə) təsir edərək kollagen istehsalını stimullaşdırır.

Dəri səthinə heç bir zərər vermədən daxildən gərilmə və bərkimə təmin edir. Heç bir kəsik və ya tikiş tələb olunmur.

Üz cizgiləri daha kəskin olur, sallanmalar aradan qalxır.

Fransız Askısı (İplə üz gərmə) – Xüsusi, daxildən toxumaya yapışan bioloji uyğun iplər vasitəsilə dərinin yuxarıya doğru çəkilməsi prosesidir.

Xüsusilə çənə xətti, boyun və yanaq bölgəsindəki sallanmalar üçün effektivdir.

İplər zamanla dəri altında əriyir, lakin yaratdıqları kollagen şəbəkəsi sayəsində effekt uzun müddət qalır.

Niyə artıq əməliyyatlara üstünlük verilmir?

Prosedurdan dərhal sonra gündəlik həyata qayıtmaq olar.

“Dartılmış və süni” üz ifadəsi yerinə, dərinin özünü yeniləməsi sayəsində daha təbii nəticə əldə edilir.

Narkoz tələb olunmur, sadəcə yerli keyitmə ilə həyata keçirilir.

Maye Üz Gərmə (Liquid Facelift) – botoks və dolğu kombinasiyaları ilə üzün həcmini bərpa etmək və qırışları açmaq üsuludur. Bu metod xüsusilə üzündə çökmə olan şəxslər üçün bıçaq altına yatmadan ideal həll təklif edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv