Rusiyada internet məhdudiyyətləri genişlənir

Rusiyada internet məhdudiyyətləri genişlənir






presstv

"Presstv"az #Ailə, #Meta şirkəti, #Rusiya, #Sosial şəbəkələr, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada "Telegram, WhatsApp və YouTube" platformalarına giriş tam və ya qismən məhdudlaşdırılıb. Bundan əvvəl isə ölkədə "Facebook və Instagram" sosial şəbəkələri bloklanmışdı ki, bu da cəmiyyətdə narazılığa səbəb olmuşdu.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, MAX tətbiqi vətəndaşlar üçün əlçatan və inkişaf edən yerli alternativdir. Onun sözlərinə görə, "WhatsApp"ın bloklanması qərarı Meta şirkətinin Rusiya qanunvericiliyinin tələblərinə əməl etməməsi ilə əlaqədar qəbul edilib.

İT sahəsində çalışan Anna isə belə məhdudiyyətlərin ünsiyyət imkanlarını ciddi şəkildə çətinləşdirdiyini deyib. O qeyd edib ki, dostları və ailə üzvləri əsasən "Telegram"dan istifadə edir və başqa platformaya keçmək istəmir. Buna görə də əlaqələrin zəifləyə biləcəyindən narahatdır.

Moskva sakini Aleksandr da internet xidmətlərinin keyfiyyətinin pisləşdiyini vurğulayıb. Onun sözlərinə görə, xaricdə yaşayan yaxınları ilə əlaqə saxlamaq artıq xeyli çətinləşib və bu vəziyyət münasibətlərə mənfi təsir göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv