Vaşinqton hərəkətə keçdi: Qeyri-qanuni miqrasiyaya qarşı milyardlıq həmlə

Vaşinqton hərəkətə keçdi: Qeyri-qanuni miqrasiyaya qarşı milyardlıq həmlə






presstv

"Presstv"az #ABŞ, #Audi, #Deportasiya, #Dollar, #Miqrantların deportasiyası, #Qeyri-qanuni miqrantlar, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqton administrasiyası qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək məqsədilə ABŞ-nin bir sıra ştatlarında saxlama mərkəzlərinin yaradılmasına təxminən 38,3 milyard dollar vəsait xərcləməyi planlaşdırır.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Nyu-Hempşir ştatının qubernatoru Kelli Eyottun rəsmi saytında dərc olunmuş sənədlərində məlumat yer alıb.

Sözügedən materiallardan aydın olur ki, 2026-cı il noyabrın 30-dək miqrantların deportasiyadan əvvəl saxlanılması üçün səkkiz iri mərkəzin və 16 kiçik məntəqənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə, xüsusilə, mövcud binaların yenidən qurulması planlaşdırılır. Qurumun dəqiqləşdirməsinə görə, saxlama mərkəzlərindən istifadənin yeni modelinin dəyəri 38,3 milyard dollar həcmində qiymətləndirilir. Bu tədbirlərin həyata keçirilməsi xidmətə eyni vaxtda 92 mindən çox miqrantı nəzarət altında saxlamaq imkanı verəcək.

Məlumata görə, sənədlər K.Eyottun sorğusu əsasında ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən onun aparatına təqdim edilib. Qeyd edək ki, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti məhz bu nazirliyin strukturuna daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv