Prezident: “Azərbaycan çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir” – VİDEO

Prezident: “Azərbaycan çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir” – VİDEO






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Çin, #Gürcüstan, #İlham Əliyev, #İtaliya, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya dövlətlərini yaddan çıxarmalı deyilik. Onlar olmasa, Çindən hər hansı bir yük Avropaya gedə bilməz. Coğrafiya belədir: Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa. Azərbaycan artıq çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir”.

presstvaz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

“Hazırda Çin, Qırğızıstan və Özbəkistanı birləşdirən, Qazaxıstan ərazisindən keçərək Xəzər sahilinə çıxan yeni dəmir yolu xəttinin tikintisi maliyyələşdirilir. Bu o deməkdir ki, yüklərin Azərbaycan ərazisinə daxil olması birbaşa artacaqdır. Burada bir çox siyasi maraqlar var, lakin beynəlxalq münasibətlər və diplomatiya özünü doğruldur. Azərbaycan elə bir ölkədir ki, həmin bu transmilli layihələrin həyata keçirilməsi üçün çalışıb. Məsələn, Bakıdan çıxan boru kəmərləri Aralıq dənizi sahilinə, oradan isə İtaliyaya qədər uzanır. Bütün bunlar çox geniş bir coğrafi məkanda əməkdaşlığın əsasıdır”, – deyə Prezident qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv