İlham Əliyev diplomatik nümayəndəliklərimizə edilən hücuma münasibət bildirdi

İlham Əliyev diplomatik nümayəndəliklərimizə edilən hücuma münasibət bildirdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #Rusiya, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukraynadakı hərbi əməliyyatlar zamanı nəinki Azərbaycanın enerji infrastrukturuna, hətta üç dəfə səfirliyimizə də zərbələr endirilib. İlk hücum baş verəndə bunun təsadüfi ola biləcəyini düşünürdük. Buna görə də Rusiya tərəfinə diplomatik nümayəndəliklərimizin, o cümlədən Konsulluq Şöbəsinin, Mədəniyyət Mərkəzinin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Lakin buna baxmayaraq, daha iki hücum da baş verdi”.

presstvaz xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

“Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücum edildiyini göstərir. Bununla bağlı xüsusi bəyanatımız yayılıb, səfir çağırılaraq ona diplomatik nota təqdim olunub. Biz bütün addımlarımızı diplomatik müstəvidə atmışıq və baş verənləri Azərbaycana qarşı qeyri-dost hərəkəti kimi dəyərləndiririk. Və sizin sualınızı mən anlayıram, mən sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik tədbirlər görülüb”, – deyə dövlətimizin başçısı əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv