İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?

İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?






presstv

"Presstv"az #Audi, #İran, #Məsud Pezeşkian, #Nəqliyyat, #Rusiya, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Prezidenti Məsud Pezeşkian “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına söz verib.

presstvaz “Tasnim News Agency”yə istinadən xəbər verir ki, bu nəhəng layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit keçidi təmin edəcək strateji əhəmiyyətə malik Rəşt-Astara dəmir yolu hissəsini birgə inşa edirlər.

“İran və Rusiya arasındakı münasibətlər olduqca möhkəmdir. Tərəflər arasında çoxsaylı sazişlər imzalanır və uğurla icra olunur. Nəzərdə tutulan dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonunadək (İran təqvimi üzrə ilin sonu 2026-cı il martın 20-nə təsadüf edir – red.) mövcud baryerləri tamamilə aradan qaldıracağıq”, – deyə İran prezidenti bildirib.

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair razılaşma imzalayıblar. İran körfəzi limanlarına maneəsiz çıxışı təmin etməyi hədəfləyən bu layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirmə, tikinti işləri, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv